“Chessable Masters” yarışında yarımfinal oyunları start götürəcək

30 İyun 2020 13:48

Xəbər 1017 dəfə oxunub

İyunun 30-da norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə rapid üzrə keçirilən seriya turnirinin üçüncü mərhələsində — “Chessable Masters” yarışında yarımfinal oyunları start götürəcək.Azərtac xəbər verir ki, final uğrunda Maqnus Karlsen Liren Dinq, Yan Nepomnyaşi Aniş Giri ilə mübarizə aparacaq. Yarımfinal oyunları iyunun 30-dan iyulun 2-dək, final görüşləri isə iyulun 3-dən 5-dək baş tutacaq.Qeyd edək ki,“Chessable Masters” turnirinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda iştirakını dayandırıb.Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.Xatırladaq ki, beş yarışdan ibarət seriya turnirinin birinci mərhələsinin – “Magnus Carlsen Invitational” yarışının qalibi M.Karlsen olub. İkinci mərhələdə – “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb. Seriya çərçivəsində növbəti mərhələ – “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.xeber100.com