“Mançester Yunayted” futbol klubu “Bormunt”u qəbul edib

4 İyul 2020 22:21

Xəbər 987 dəfə oxunub

Futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Bormunt” klubunu qəbul edib. Görüş Mançester təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.“Mançester Yunayted”in heyətində Mason Qrinvud (2), Markus Reşford, Antoni Marsiyal, Bruno Fernandeş, “Bormunt”ın isə Junior Stanislav və Çoşua Kinq fərqləniblər.Bu qələbədən sonra xal ehtiyatını 55-ə çatdıran “qırmızı şeytan”lar turnir cədvəlində üçüncü yerə yüksəliblər. “Bormunt” isə 27 xalla 19-cu yerdə qərarlaşıb.xeber100.com