Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən “Chessable Masters” turnirində iyulun 4-də final mərhələsinin ikinci matçı oynanılacaq.Azərtac xəbər verir ki, M.Kalsen hollandiyalı Aniş Giri ilə qarşılaşacaq. Norveçli şahmatçı iyulun 3-də keçirilmiş birinci matçda hollandiyalı rəqibini məğlub edib.“Chessable Masters” M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin üçüncü mərhələsidir. Bu mərhələnin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov məğlub olduğu üçün yarışda iştirakını dayandırıb.Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.Beş yarışdan ibarət seriya turnirinin birinci mərhələsinin – “Magnus Carlsen Invitational” yarışının qalibi M.Karlsen olub. İkinci mərhələdə – “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb. Seriya çərçivəsində növbəti mərhələ – “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…