“Real Madrid” futbol klubu “Atletik Bilbao” klubunun qonağı olub

5 İyul 2020 21:51

Xəbər 1063 dəfə oxunub

İyulun 4-də futbol üzrə İspaniya La Liqasının 34-cü turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, lider “Real Madrid” səfərdə “Atletik Bilbao” klubunun qonağı olub.“San Mames Barria” stadionunda keçirilən görüş madridlilərin minimal hesabla qələbəsi ilə başa çatıb – 1:0.Oyunda yeganə qolun müəllifi 73-cü dəqiqədə Serxio Ramos olub.Bu qələbə sayəsində “Real Madrid” xal ehtiyatını 77-ə çatdıraraq turnir cədvəlində əsas izləyici “Barselona”dan 7 xal irəli keçib. “Atletik Bilbao” isə 48 xalla 8-ci yerdə qərarlaşıb.Qeyd edək ki, “Barselona” axşam saat 00:00-da səfərdə “Villyareal” klubunun qonağı olacaq.xeber100.com