Bakıda paracüdo üzrə Qran-Pri yarışları keçirilə bilər

9 İyul 2020 12:59

Xəbər 672 dəfə oxunub

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası yarışların yenilənmiş təqvimini dərc edib. Təqvimə əsasən, cari ilin noyabrında Bakıda paracüdo üzrə Qran-Pri yarışları keçirilə bilər.Azərtac xəbər verir ki, noyabrın 13-19-da paracüdo üzrə Qran-Pri, beynəlxalq təlim-məşq toplanışı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi gözlənilir. Eyni zamanda, 2021-ci ilin mayında Bakıda paracüdo üzrə Qran-Pri yarışlarının keçirilməsi barədə Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası arasında razılıq əldə edilib. 2021-ci ilin mayında keçiriləcək Qran-Pri “Tokio-2020” Yay Paralimpiya Oyunlarından əvvəl sonuncu təsnifat yarışı olacaq.Cari ilin noyabrında keçirilməsi nəzərdə tutulan yarışla bağlı yekun qərar karantin rejiminin vəziyyətindən asılı olaraq qəbul ediləcək.xeber100.com