İspaniya mətbuatının açıqlamasına əsasən…

11 İyul 2020 17:37

Xəbər 626 dəfə oxunub

Pau Qazol növbəti mövsüm “Barselona” basketbol klubunda çıxış etməyəcək.Azərtac xəbər verir ki, İspaniya mətbuatına açıqlama verən klubun idarə heyətinin üzvü Joan Blade MBA-da çıxış edən basketbolçu ilə danışıq aparmadıqlarını bildirib. Halbuki bir müddət əvvəl xarici mətbuat 40 yaşlı basketbolçunun qarşıdakı mövsümdə Kataloniya klubuna keçəcəyini yazırdı. Görünür, “Barselona” rəhbərliyi bu il heç bir rəsmi oyunda iştirak etməyən Qazolu geri qaytarmaqla risk etmək istəməyib. Xatırladaq ki, Pau peşəkar karyerasına məhz “Barselona”da başlamışdı.xeber100.com