Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 136-cı sessiyası işini davam etdirir. Beynəlxalq qurumun prezidenti Tomas Baxın sədrliyi ilə onlayn qaydada keçirilən sessiya iyulun 22-dək davam edəcək.Azərtac BOK-un saytına istinadla xəbər verir ki, sessiyanın növbəti iclasında istefaya göndərilən vitse-prezidentlər Uğur Erdener, sabiq prezident Xuan Antoni Samaranç və İcraiyyə Şurasının üzvü Sergey Bubka da iştirak ediblər.BOK-un vitse-prezidentləri vəzifəsinə iki nəfərin – Con Koutsun (Avstraliya ) və Mianq Hiqin (Sinqapur) namizədliyi irəli sürülüb. İxtisasca vəkil olan Con Kouts beynəlxalq Olimpiya hərəkatında kifayət qədər tanınmış simadır və 2011-ci ildən Beynəlxalq İdman Arbitrajı Məhkəməsinə sədrlik edir. O həm də “Tokio-2020” Olimpiya Oyunları üzrə BOK-un Koordinasiya Komissiyasının sədri vəzifəsini yerinə yetirir.Sessiyada beynəlxalq quruma prezident seçkiləri ilə bağlı da müzakirələr aparılıb. Beynəlxalq Olimpiya Komitəsinə prezident seçkiləri 2021-ci ildə BOK-un 137-ci sessiyasında keçiriləcək. BOK-un hazırkı prezidenti Tomas Bax İcraiyyə Şurasının üzvləri etimad göstərəcəkləri halda quruma yenidən rəhbərlik etməyə hazı olduğunu bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…