“Qarabağ” futbol klubu növbəti yoxlama matçına çıxıb

26 İyul 2020 13:39

Xəbər 794 dəfə oxunub

Qəbələdə təlim-məşq toplanışı keçirən Ağdamın “Qarabağ” futbol klubu iyulun 25-də növbəti yoxlama matçına çıxıb.Azərtac xəbər verir ki, Ağdam təmsilçisi “Sabah”la üz-üzə gəlib. Matç Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, yeni baş məşqçi Visente Qomes “Sabah” komandasındakı birinci oyununa qələbə ilə başlayıb.Qeyd edək ki, bundan əvvəl “Keşlə” ilə yoxlama görüşünü keçirən “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib.xeber100.com