“Səbail” futbol klubu Florian Kadriunun keçidini həll edib

4 Avqust 2020 18:37

Xəbər 1244 dəfə oxunub

Bakının “Səbail” futbol klubu Florian Kadriunun keçidini həll edib.Azərtac kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi Albaniya əsilli makedoniyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb. O, 2020/2021-ci il mövsümünün sonunadək “Səbail”in formasını geyinəcək.Qeyd edək ki, Kadriu Albaniyada “Tirana” və “Teuta”, Şimali Makedoniyada isə “Şkupi”, “Rabotniçki” və “Renova” klublarında çıxış edib.xeber100.com