“Qarabağ” futbol klubu “Keşlə” klubu ilə üz-üzə gəlib

6 Avqust 2020 11:34

Xəbər 1200 dəfə oxunub

Qəbələdə UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşan Ağdamın “Qarabağ” futbol klubu növbəti yoxlama oyununda “Keşlə” klubu ilə üz-üzə gəlib.Azərtac xəbər verir ki, komandalar avqustun 5-də qüvvələrini yenidən sınayıblar. Matç Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.Xatırladaq ki, bu, avrokubok iştirakçılarımızın Qəbələdə 4-cü sınaq matçı olub. Bu komandalar yay fasiləsində ilk yoxlama oyunlarını öz aralarında keçirib və Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi qeydə alınıb. Avroliqa təmsilçimiz “Keşlə” bundan sonra “Zirə”ni 1:0, “Səbail”i 2:0 hesabıyla məğlub edib. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” isə növbəti görüşlərində “Sabah”a 1:2 hesabıyla uduzub, “Neftçi”yə isə 1:0 hesabıyla qalib gəlib.xeber100.com