“Qarabağ” klubu daha bir yoxlama oyunu keçirəcək

7 Avqust 2020 13:05

Xəbər 1330 dəfə oxunub

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Ağdamın “Qarabağ” klubu yeni mövsümə hazırlıq məqsədi ilə daha bir yoxlama oyunu keçirəcək.Azərtac kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi “Sabah”la qarşılaşacaq. Avqustun 11-də keçirilməsi planlaşdırılan görüş Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.Qeyd edək ki, “Qarabağ” Qəbələdə təlim-məşq toplanışı çərçivəsində “Sabah”a 1:2 hesabı ilə uduzmuşdu.xeber100.com