2020/2021 mövsümünün püşkatma mərasimi keçirilib

9 Avqust 2020 13:49

Xəbər 1269 dəfə oxunub

Avqustun 9-da İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 2020/2021 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” ilkin mərhələdə Şimali Makedoniyanın “Sileks” klubu ilə üz-üzə gələcək.Qurban Qurbanovun yetirmələri bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcəklər.Birinci təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.xeber100.com