Milli Basketbol Assosiasiyasının çempionatında mübarizə davam edir

12 Avqust 2020 13:33

Xəbər 1130 dəfə oxunub

Milli Basketbol Assosiasiyasının (MBA) müntəzəm çempionatında mübarizə davam edir.Azərtac xəbər verir ki, Qərb konfransında çıxış edən “Sakramento Kinqz” və “Nyu-Orleans Pelikans” klubları qarşılaşıblar.Oyun Orlandoda keçirilib və qarşılıqlı hücumlarla başlayan ilk hissədə “Nyu-Orleans Pelikans” üstün olub – 29:27. İkinci dövrədə hücumlarını gücləndirən Sakramento təmsilçiləri böyük fasiləyə 1 xal fərqi ilə irəlidə yollanıblar.Qarşıdakı hissələrdə isə rəqibi ilə müqayisədə daha yaxşı çıxış edən “Sakramento Kinqz” yekunda qələbə qazanıb – 112:106.