“Qalatasaray” futbol klubu heyətinə daha bir futbolçu cəlb edib

13 Avqust 2020 14:21

Xəbər 1152 dəfə oxunub

Türkiyənin “Qalatasaray” futbol klubu heyətinə daha bir futbolçu cəlb edib.Azərtac klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçiləri “Sivasspor”dan ayrılan Emre Kılınçı transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.Qeyd edək ki, E.Kılınç superliqada başa çatan mövsümdə 28 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmənin müəllifi olub.xeber100.com