“Konyaspor” komandası heyətini yeni futbolçu ilə gücləndirib

14 Avqust 2020 11:33

Xəbər 1065 dəfə oxunub

Türkiyənin “Konyaspor” komandası heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, Superliqa komandası “Ərzurumspor”la müqaviləsi başa çatan İbrahim Şehiçi transfer edib.Bosniya və Herseqovina yığmasının qapıçısı ilə 3+1 illik müqavilə imzalanıb.Qeyd edək ki, İ.Şehiç “Erzurumspor”a 2018-ci ildə “Qarabağ”dan keçib. O, 2015- 2018-ci illərdə Ağdam təmsilçisinin heyətində çıxış edib.xeber100.com