Tennisçilər arasında beynəlxalq turnir davam edir

14 Avqust 2020 11:38

Xəbər 1070 dəfə oxunub

ABŞ-ın Leksinqton şəhərində qadın tennisçilər arasında beynəlxalq turnir davam edir. Mükafat fondu 225 min ABŞ dolları olan WTA seriyalı turnirdə dörddəbir finalçıları müəyyənləşib.Azərtac xəbər verir ki, bu mərhələdə amerikalı Uilyams bacılarının dueli diqqət çəkib. Görüş 2 saat 21 dəqiqə çəkib. Mübarizəyə daha yaxşı başlayan Vinus ilk setdə 6:3 hesabı ilə qələbə qazanıb. Sonradan təşəbbüsü ələ alan Serena Uilyams eyni hesabla qalib gələrək tarazlığı bərpa edib. Sonuncu setdə 6:4 hesabı ilə rəqibini məğlub edən Serena dörddəbir finala yüksəlib.Turnirə avqustun 16-da yekun vurulacaq.xeber100.com