Sivasspor” futbol klubu baş məşqçisi ilə müqaviləni yeniləyəcək

15 Avqust 2020 18:52

Xəbər 1018 dəfə oxunub

Türkiyənin “Sivasspor” futbol klubu baş məşqçisi Rıza Çalımbayla müqaviləsinin müddətini uzatmaqla bağlı razılıq əldə edib.Azərtac xəbər verir ki, tərəflər arasında uzun müddət davam edən danışıqlar müsbət nəticə verib. Əlli yeddi yaşlı mütəxəssislə müqavilənin imzalanma mərasimi “4 Eylül” stadionunda keçiriləcək.Qeyd edək ki, R.Çalımbay bundan əvvəl 2010-2012-ci illərdə də “Sivasspor”un sükanı arxasında olub.xeber100.com