“Mançester Siti” -“Lion” oyununun ən yaxşı futbolçusunun adı açıqlanıb

16 Avqust 2020 13:34

Xəbər 1144 dəfə oxunub

UEFA “Mançester Siti” (İngiltərə)-“Lion” (Fransa) oyununun ən yaxşı futbolçusunun adını açıqlayıb.Azərtac xəbər verir ki, bu ada parislilərin hücumçusu Musa Dembele layiq görülüb. İyirmi dörd yaşlı forvard 3:1 hesablı qələbədə 75-ci dəqiqə meydanda çıxan futbolçu, iki qolla yadda qalıb.Xatırladaq ki, fransızlar növbəti mərhələdə Almaniyanın “Bavariya” komandası ilə qarşılaşacaq.Digər yarımfinal görüşündə isə “Paris Sen-Jemen” (Fransa) və “Leyptsiq” (Almaniya) komandaları üz-üzə gələcək. Görüşlər avqustun 18-19-da təşkil olunacaq.Qeyd edək ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılır.xeber100.com