“Sumqayıt” futbol klubu növbəti transferini gerçəkləşdirib

16 Avqust 2020 13:37

Xəbər 1145 dəfə oxunub

Ölkəmizi ilk dəfə UEFA Avropa Liqasında təmsil edəcək “Sumqayıt” futbol klubu növbəti transferini gerçəkləşdirib.Azərtac xəbər verir ki, vaxtilə Qazaxıstanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında çıxış etmiş azərbaycanlı Kərəm Sultanov ilə müqavilə imzalanıb. İyirmi dörd yaşlı mərkəz müdafiəçisi yeni komandasında 4 nömrəli formada çıxış edəcək.xeber100.com