“Narva Trans” doğma meydanda “Tallina Kalev”lə qarşılaşıb

17 Avqust 2020 10:35

Xəbər 1083 dəfə oxunub

Futbol üzrə Estoniya çempionatında 17-ci turun oyunları keçirilib.Azərtc xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi “Narva Trans” doğma meydanda “Tallina Kalev”lə qarşılaşıb. Onun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.Start heyətdə meydana çıxan N.Novruzov sonadək mübarizə aparıb. O, komandasının yeganə qolunun ötürməsini edib.Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 17 turdan sonra 19 xalla 6-cı pillədə qərarlaşıb.xeber100.com