Avropa Liqasının birinci təsnifat mərhələsində

18 Avqust 2020 11:44

Xəbər 1179 dəfə oxunub

Lüksemburqun “Proqress” klubunun Avropa Liqasının birinci təsnifat mərhələsində “Enqrodan” (Andorra) – “Zeta” (Monteneqro) cütünün qalibi ilə keçirəcəyi görüş azərbaycanlı hakimlərə həvalə edilib.Azərtac xəbər verir ki, matçın baş hakimi Rəhim Həsənov olacaq. Ona həmyerliləri Mübariz Haşımov və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakimi funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.Qeyd edək ki, görüş avqustun 26-da keçiriləcək.xeber100.com