2020/2021-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirir

19 Avqust 2020 13:20

Xəbər 1219 dəfə oxunub

2020/2021-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu daha bir futbolçunu transfer edib.Klubun mətbuat xidmətindən Azərtac–a bildirilib ki, son mövsümü İranın Yüksək Liqası təmsilçisi “Pars Jonoubi Jam” klubunda keçirən Azərbaycan əsilli Adəm Həmati ilə 1+1 illik müqavilə imzalanıb. 25 yaşlı yarımmüdafiəçi “21” nömrəli formada çıxış edəcək.Qeyd edək ki, Kanadanın “Toronto City” klubunun akademiyasının yetirməsi olan Adəm Həmati peşəkar karyerasına 2014-cü ildə Fransanın “Nitsa” klubunun əvəzedici heyətində başlayıb. Daha sonra isə İranın “Persepolis” klubuna keçən Adəmin son klubu “Pars Jonoubi Jam” komandası olub.xeber100.com