İtaliya A Seriyasına sonuncu vəsiqənin sahibi müəyyənləşib

22 Avqust 2020 18:47

Xəbər 1202 dəfə oxunub

Futbol üzrə İtaliya A Seriyasına sonuncu vəsiqənin sahibi müəyyənləşib.Azərtac xəbər verir ki, B seriyasının pley-off matçında “Spetsiya” ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi “Frozinone”yə eyni hesabla uduzub.Yarışın əsasnaməsinə görə, “Spetsiya” B seriyasını üçüncü yerdə tamamladığı üçün (“Frozinone” 8-ci yer) qalib elan edilib və A seriyasına yüksəlib. “Spetsiya” tarixində ilk dəfə elitada oynamaq hüququ qazanıb.Daha öncə B seriyasından “Benevento” və “Krotone” elitaya birbaşa vəsiqə qazanıb.xeber100.com