Futbol üzrə UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün final görüşü keçirilib.Azərtac xəbər verir ki, Almaniyanın Köln şəhərindəki “Reyn Energi” stadionunda baş tutan görüşdə İtaliyanın “İnter” klubu İspaniyanın “Sevilya” komandası ilə qarşılaşıb.Görüş “Sevilya” komandasının 3:2 hesabı ilə qələbəsi ilə başa çatıb.“Sevilya”nın heyətində Luk de Yonq (2), Dieqo Karlos, “İnter”in isə Romelu Lukaku və Dieqo Qodin fərqləniblər.Beləliklə, “Sevilya” finalda qalib gələrək tarixində 6-cı dəfə UEFA Avropa Liqasının qalibi adı qazanıb. Komanda bu günə kimi beş dəfə – 2006-cı, 2007-ci, 2014-cü, 2015-ci, 2016-cı illərdə finala çıxıb və hamısında qalib gəlib.“İnter” isə dörd dəfə həlledici görüşdə oynamaq hüququ qazansa da, onların üçündə (1991, 1994, 1998) qalib gəlib.“Sevilya” və “İnter” komandaları avrokuboklarda ilk dəfə üz-üzə gəliblər. İspaniyalılar buna qədər İtaliya təmsilçiləri ilə 13 dəfə qarşılaşıblar. “Sevilya” bu görüşlərin 6-da qələbə qazanıb, 2-də isə heç-heçəyə nail olub.Xatırladaq ki, “Sevilya” yarımfinalda İngiltərənin “Mançester Yunayted” klubunu (2:1), “İnter” isə Ukraynanın “Şaxtyor Donetsk” komandasını (5:0) məğlub edərək finala vəsiqə qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…