Milli Hokkey Liqasında final mərhələsi davam edir

25 Avqust 2020 14:34

Xəbər 1387 dəfə oxunub

Milli Hokkey Liqasında dörddəbir final mərhələsi davam edir.Azərtac xəbər verir ki, Torontoda keçirilən görüşdə “Filadelfiya Flayers” və “Nyu-York Aylenders” üz-üzə gəliblər. İlk dəqiqələrdən üstünlüyü ələ alan Nyu-York hokkeyçiləri rəqib qapısından 4 şayba keçiriblər. Beləliklə, “Nyu-York Aylenders” mərhələyə qələbə ilə başlayıb.Digər oyunda isə “Kolorado Evelanş” komandası “Dallas Starz” ilə qarşılaşıb. Matçda 7 qol vurulub. Görüş “Dallas Starz”ın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, Dallas hokkeyçiləri seriyanın ikinci görüşündə də qələbə qazanaraq yarımfinala daha da yaxınlaşıblar.xeber100.com