UEFA Super Kuboku matçında azarkeşlərin iştirakına icazə veriləcək

26 Avqust 2020 12:08

Xəbər 1372 dəfə oxunub

İspaniyanın “Sevilya” və Almaniyanın “Bavariya” klubları arasındakı UEFA Super Kuboku matçında azarkeşlərin iştirakına icazə veriləcək.Azərtac xəbər verir ki, bu barədə UEFA-nın İcraiyyə Komitəsi qərar qəbul edib.Qərara əsasən, fanatlar stadionun tutumunun 30 faizinədək doldura biləcəklər.Oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.Xatırladaq ki, “Bavariya” Çempionlar Liqasının finalında Fransanın PSJ klubunu 1:0 hesabı ilə üstələyib. “Sevilya” isə Avropa Liqasının final matçında İtaliyanın “İnter” klubundan üstün olub – 2:0.xeber100.com