Avropa Karate Federasiyasının ikinci virtual görüşündə

29 Avqust 2020 18:50

Xəbər 1317 dəfə oxunub

Avropa Karate Federasiyasının (EKF) ikinci virtual görüşündə koronavirus pandemiyası şəraitində karatenin inkişafı məsələləri müzakirə olunub.Azərtac xəbər verir ki, EKF-in prezidenti Antonio Espinosun rəhbərlik etdiyi videokonfransda qitənin 30-dək milli federasiyasının prezidenti iştirak edib. Digər qitə federasiyaları ilə görüş isə ikinci hissədə baş tutub.Azərbaycan Milli Karate Federasiyasının prezidenti və EKF-in idarə heyətinin üzvü Yaşar Bəşirov çıxışında milli federasiyanın bu dövrdə virtual fəaliyyətindən və idmançılarımızın hərtərəfli dəstəkləndiyindən söz açıb. Görüşün sonunda A.Espinos bu çətin günlərdə milli federasiyaların işlərini yüksək qiymətləndirib.Videokonfransda yarışların keçirilməsinin mümkün variantları müzakirə olunub, birgə səylər nəticəsində qarşıdakı aylarda həyatın öz axarına düşəcəyinə və turnirlərin bərpa ediləcəyinə inam ifadə olunub.xeber100.com