“Çelsi” futbol klubu “Paris Sen-Jemen”in müdafiəçisini transfer edib

29 Avqust 2020 18:55

Xəbər 1317 dəfə oxunub

İngiltərənin “Çelsi” klubu Fransanın “Paris Sen-Jemen” komandasının müdafiəçisi Tiaqo Silvanı transfer edib.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, London təmsilçisi braziliyalı futbolçu ilə birillik müqavilə imzalayıb.Qeyd edək ki, Tiaqo Silva parislilərin heyətində 2012-ci ildən çıxış edib. Tiaqo 315 oyunda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com