Beynəlxalq Cüdo Federasiyasının məlumatı əsasında…

29 Avqust 2020 19:06

Xəbər 1361 dəfə oxunub

Budapeşt, Tokio və Dohada cüdo üzrə dünya turunun mərhələləri keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytında məlumat verilib.Mərhələ yarışları Budapeştdə bu ilin oktyabrında, Tokioda dekabrda, Dohada isə 2021-ci ilin əvvəlində baş tutacaq.Hər üç yarış “Tokio-2020” Olimpiadasına lisenziya xarakteri daşıyacaq.Xatırladaq ki, “Tokio-2020” Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə, yarışlar bir il müddətinə təxirə salınıb.xeber100.com