Futbol üzrə İngiltərə Super kuboku uğrunda görüş keçirilib

30 Avqust 2020 16:02

Xəbər 1260 dəfə oxunub

Avqustun 29-da futbol üzrə İngiltərə Super kuboku uğrunda görüş keçirilib.Azərtac xəbər verir ki, qarşılaşmada Premyer Liqanın qalibi “Liverpul” və ölkə kubokunun qalibi “Arsenal” üz-üzə gəliblər.Oyunun əsas vaxtı 1-1 hesablı bərabərliklə bitib. Nəticədə komandalar 11 metrlik penaltilərlə qalibi müəyyən etməli olublar. Bu seriyada daha dəqiq olan “Arsenal” tarixində 16-cı dəfə İngiltərə Super kubokunun qalibi adını qazanıb.xeber100.com