“Milan” klubu yeni mövsüm üçün növbəti transferini reallaşdırıb

31 Avqust 2020 12:35

Xəbər 1337 dəfə oxunub

İtaliyanın “Milan” klubu yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.Xarici KİV-lər xəbər verir ki, “Breşiya”nın və İtaliya millisinin gənc futbolçusu Sandro Tonalli “Milan”a transfer olunub.Keçidə görə Milan təmsilçiyə 30 milyon avro ödəməli olacaq. Futbolçu ilə beşillik müqavilə imzalanacaq.Qeyd edək ki, Tonalli “Breşiya”nın heyətində 88 oyunda meydana çıxıb, 23 məhsuldar ötürmə və 6 qolla yadda qalıb.xeber100.com