İspaniya çempionatında “El Klassiko” matçlarının tarixi müəyyənləşib

1 Sentyabr 2020 10:33

Xəbər 1239 dəfə oxunub

İspaniya çempionatında yeni mövsümün “El Klassiko” matçlarının tarixi müəyyənləşib.La Liqanın saytı xəbər verir ki, ölkə çempionatında 2020-2021-ci il mövsümündə “Real Madrid” və “Barselona” arasında ilk matç 7-ci tur çərçivəsində oktyabrın 25-i “Nou Kamp” stadionunda olacaq. İkinci “El Klassiko” isə 2021-ci il aprelin 11-də 30-cu tur çərçivəsində Madriddəki “Santyaqo Bernabeu”da oynanılacaq.Xatırladaq ki, ötən mövsümdə La Liqanın qalibi Madrid təmsilçisi olub.xeber100.com