“Qalatasaray” futbol klubu heyətinə yeni futbolçu cəlb edib

2 Sentyabr 2020 21:17

Xəbər 1360 dəfə oxunub

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində paytaxtın “Neftçi” komandası ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” klubu heyətinə yeni futbolçu cəlb edib.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, “sarı-qırmızılılar” aşağı liqa təmsilçisi “Ərzincanspor”un futbolçusu Kərəm Aktürkoğlunu transfer edib.İyirmi iki yaşlı yarımmüdafiəçi ilə dörd illik müqavilə imzalanıb.“Başakşehir”, “Bodrumspor”un da aşağı liqalarında oynayan futbolçu ötən mövsüm 34 görüşdə 20 qol vurub.Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da təşkil olunacaq “Neftçi” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq.xeber100.com