UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci turunda

2 Sentyabr 2020 21:22

Xəbər 1177 dəfə oxunub

UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci turunda Azərbaycan millisini qəbul edəcək Kipr yığması daha bir itki ilə üzləşib.Azərtac xəbər verir ki, Qazaxıstanın “Astana” futbol klubunun hücumçusu Pieros Sotiriu zədələnib. İyirmi yeddi yaşlı hücumçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. Onun toplanışdan kənarlaşdırılacağı gözlənilir.Daha əvvəl Aleksander Qogiç və Giorqos Efrem millidən kənarlaşdırılmışdı.Qeyd edək ki, sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr–Azərbaycan matçı Bakı vaxtı ilə 22:45-də başlayacaq.xeber100.com