ABŞ-da “Böyük dəbilqə” seriyasından “US Open” beynəlxalq tennis turnirində ikinci mərhələnin görüşləri keçirilir.Azərtac xəbər verir ki, kişi tennisçilərin mübarizəsində favoritlərdən Novak Cokoviç böyük britaniyalı Kayl Edmunda qalib gəlib. Görüş 3:1 hesabı ilə serbiyalı raketka ustasının xeyrinə olub. Serbiyalı tennisçi növbəti mərhələdə almaniyalı Yan Lennard Ştrufla görüşəcək. İddialılardan Stefanos Sitsipas daha inamlı qələbə qazanıb. O, yerli idmançı Maksim Kressini 3 setdə məğlub edib. Yunanıstanlı raketka ustası növbəti mərhələdə xorvatiyalı Borna Çoriçlə qarşılaşacaq. Belçikalı David Qoffen də etimadı doğruldub. O, Cənubi Afrika Respublikasından olan Lloyd Harrislə oyunda 4 setdə qələbəni təmin edərək növbəti mərhələyə adlayıb və serbiyalı Filip Krayinoviçə rəqib olub.Qadınların turnirinə gəlincə, ali mükafatı qazanmağa əsas namizədlərdən hesab olunan çexiyalı Karolina Plişkova gözlənilmədən uduzub. Fransalı Karolin Qarsiya güclü rəqibindən 2 setdə üstün olub. O, növbəti mərhələdə amerikalı Cennifer Breydi ilə görüşəcək. Plişkovanın həmvətəni Petra Kvitova isə üçüncü mərhələyə vəsiqə qazana bilib. O, ukraynalı Katerina Kozlovanı 2 setin yekununa əsasən məğlub edərək növbəti mərhələyə adlayıb. K.Kvitovanın rəqibi yerli idmançı Cessika Pequla olacaq. Yaponiyalı Naomi Osaka da italiyalı Kamila Corcini çətinlik çəkmədən 2 setdə məğlub edib. N.Osaka növbəti görüşünü ukraynalı Marta Kostyuka qarşı keçirəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…