Milli Basketbol Assosiasiyasının pley-off mərhələsində növbəti oyunlar keçirilib

3 Sentyabr 2020 20:02

Xəbər 1037 dəfə oxunub

Milli Basketbol Assosiasiyasının (MBA) pley-off mərhələsində növbəti oyunlar keçirilib.Azərtac xəbər verir ki, “Mayami Hit” komandası “Miluoki Baks”la seriyanın 2-ci görüşündə qarşılaşıb. İlk oyunu qələbə ilə başa vuran mayamililər bu dəfə də qalib gələrək seriyada üstünlüklərini möhkəmləndiriblər. Böyük fasiləyə kimi onlar 66:60 hesabı ilə önə keçiblər. Qalan hissələrdə Miluoki basketbolçuları fərqi azaltsalar da, məğlubiyyətdən xilas ola bilməyiblər. Beləliklə “Mayami Hit” 116:114 hesabı ilə qələbə qazanıb. Bununla da seriyada hesab 2:0 olub. Miluoki təmsilçisi məğlub olsa da, komandanın ulduzu Yannis Adetokunbo 29 xal, 19 ribaund, 3 məhsuldar ötürmə ilə fərqlənib.Digər oyunda isə “Hyuston Rokets” və “Oklahoma Siti Tander” üz-üzə gəliblər. Seriyada hesab 3:3 olduğundan yeddinci qarşılaşma həlledici rol oynayıb. Hyuston basketbolçuları bu dəfə 104:102 hesabı ilə qələbə qazanaraq dörddəbir finala çıxan sonuncu komanda kimi yadda qalıb. Hyustonlular bu mərhələdə “Los Anceles Leykers”lə görüşəcəklər. İlk oyun sentyabrın 5-də keçiriləcək.xeber100.com