“Mançester Siti” klubu “Napoli”nin müdafiəçisini heyətinə qatmaq istəyir

7 Sentyabr 2020 14:54

Xəbər 745 dəfə oxunub

“Mançester Siti” klubu “Napoli”nin müdafiəçisi Kalidu Kulibalini heyətinə qatmaq istəyir.Azərtac xəbər verir ki, Premyer Liqa təmsilçisi 29 yaşlı müdafiəçiyə görə italyanlara 75 milyon avro ilə yanaşı, bonuslar da təklif etməyə hazırdır. Halbuki, bir müddət öncə “Napoli” “şəhərlilər”in 70 milyon avro dəyərində təklifini rədd etmişdi. Artıq İtaliya mətbuatı Kulibalinin “Mançester Siti” ilə müqavilə şərtlərini razılaşdırdığını yazır.Seneqal millisinin müdafiəçisinin “Napoli” ilə müqavilə müddəti 2023-cü ildə başa çatacaq.xeber100.com