Futbol üzrə UEFA Millətlər Liqasının növbəti oyunları keçirilib

8 Sentyabr 2020 08:31

Xəbər 682 dəfə oxunub

Futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun ikinci oyun günündə A, B və C liqalarında ümumilikdə 8 qarşılaşma baş tutub.Turun mərkəzi qarşılaşması “Yoxan Kroyff Arena”da stadionunda olub. Niderland millisi öz meydanında İtaliya seçməsini qəbul edib. Görüş italyanlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qol matçın 45-ci dəqiqəsində vurulub. Ciro İmmobilenin cinah ötürməsini Nikolo Barella dəqiq baş zərbəsi ilə tamamlayıb.Birinci turda Niderland millisi Polşa komandasını (1:0) məğlub edib. İtaliya seçməsi isə ev oyununda Bosniya və Herseqovina millisi ilə heç-heçə edib – 1:1.Günün digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A liqası (1-ci qrup)

Bosniya və Herseqovina – Polşa – 1:2.

B liqası (1-ci qrup)

Avstriya – Rumıniya – 2:3;

Şimali İrlandiya – Norveç – 1:5.

B liqası (2-ci qrup)

Çexiya – Şotlandiya – 1:2;

İsrail – Slovakiya – 1:1.

C liqası (4-cü qrup)

Qazaxıstan – Belarus – 1:2;

Albaniya – Litva – 0:1.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Kipr seçməsinin qonağı olacaq. Yığma komandamız birinci turda Bakıda Lüksemburq yığmasına məğlub olub (1:2). Kipr isə səfərdə Monteneqro seçməsinə uduzub – 0:2.xeber100.com