İngiltərə Premyer Liqasının 2020-2021-ci il mövsümünə start verilib

12 Sentyabr 2020 19:24

Xəbər 530 dəfə oxunub

Sentyabrın 12-də futbol üzrə İngiltərə Premyer Liqasının 2020-2021-ci il mövsümünə start verilib.Azərtac xəbər verir ki, çempionatın açılış matçında “Arsenal” səfərdə “Fulhem” ilə üz-üzə gəlib. London derbisində “topçular” 3:0 hesabı ilə qələbə qazanıblar. Görüşdə hesab 8-ci dəqiqədə açılıb. “Arsenal”ın hücumçusu Aleksandr Lakazet mövsümün ilk qoluna imza atıb. Matçın 49-cu dəqiqəsində Qabriel Dos Santos, 57-ci dəqiqədə isə Pyer-Emerik Obameyanq fərqləniblər.Tura sentyabrın 14-də yekun vurulacaq.xeber100.com