Sentyabrın 12-də futbol üzrə Türkiyə çempionatının birinci turunun ikinci oyun günündə “Qalatasaray” doğma meydanda “Qaziantep”i qəbul edib.Azərtac xəbər verir ki, “Türk Telekom” stadionunda keçirilən görüşə meydan sahibləri fəal başlayıblar. Qarşılaşmanın 8-ci dəqiqəsində İstanbul təmsilçisinin hücumçusu Radamel Falkao hesabı açıb. İstanbullular matçın 28-ci və 40-cı dəqiqələrində fərqlənərək komandalarının qələbəsini rəsmiləşdiriblər. “Qalatasaray”ın qollarını Emre Kılınç və Radamel Falkao vurub. “Qaziantep” vurulan qollardan birinin əvəzini çıxsa da məğlubiyyətdən xilas ola bilməyiblər.Beləliklə, “Qalatasaray” Türkiyə çempionatının birinci turuna qələbə ilə başlayıb.Yeni mövsümdə Superliqada 21 komanda yarışır. Birinci turda “Konyaspor” istirahət edir.Turun digər oyunlarında “Fatih Karagümrük” doğma meydanda “Yeni Malatyaspor”un qapısından üç cavabsız qol keçirib. “Sivasspor” isə öz meydanında “Alanyaspor”a iki cavabsız qolla uduzub. “Göztəpə” isə “Dənizlispor”u 5:1 hesabı ilə darmadağın edib.Turun digər matçları sentyabrın 13-də “Ankaragücü” – “Ərzurumspor”, “Kayserispor” – “Kasımpaşa”, “Antalyaspor” – “Gənclərbirliyi” və b.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…