Avropa Liqasının II təsnifat mərhələsində

14 Sentyabr 2020 14:26

Xəbər 549 dəfə oxunub

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Qalatasaray” oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib.Azərtac xəbər verir ki, baş məşqi Fatih Terim siyahıya 23 futbolçunun adını daxil edib. Bunlardan 2-si qapıçı, 7-si müdafiəçi, 11-i yarımmüdafiəçi, 3-ü hücumçudur.Zədəli Fernando Muslera, Ahmet Çalık, Emre Taşdemir, Valentin Ozornvafor, Emre Akbaba, həmçinin yeni transferlər Kerem Aktürkoğlu və Oğulcan Çağlayan Bakıya gətirilməyəcək.Heyətdə qapıçılar – Okan Kocuk, Fatih Öztürk, müdafiəçilər – Şener Özbayraklı, Omar Elabdellaui, Martin Linnes, Rayan Donk, Kristian Luyindama, Marselo Saraççi, Markao, yarımmüdafiəçilər – Ömer Bayram, Taylan Antalyalı, Yunes Belhanda, Oqenekaro Etebo, Cimmi Durmaz, Emre Kılınç, Sofian Fequli, Rayan Babel, Yunus Akgün, Arda Turan, Jesse Sekidika, hücumçular – Radamel Falkao, Ali Yavuz Kol və Mbaye Diagne yer alıblar.Qeyd edək ki, “Neftçi”-“Qalatasaray” oyunu sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.xeber100.com