“Barselona” futbol klubunun yeni transferi müəyyənləşib

15 Sentyabr 2020 10:02

Xəbər 550 dəfə oxunub

İspaniyanın “Barselona” futbol klubunun yeni transferi Miralem Pyaniçin komandada geyinəcəyi formanın nömrəsi müəyyənləşib.Azərtac klubun saytına istinadla xəbər verir ki, 30 yaşlı bosniya və herseqovinalı yarımmüdafiəçi Kataloniya klubunun heyətində 8 nömrəli formanı geyinəcək.Qeyd edək ki, yarımmüdafiəçi yay transfer pəncərəsində İtaliyanın “Yuventus” komandasından “Barselona”ya keçib. Bu transferin qiyməti 60 milyon avro olub. M.Pyaniç ötən mövsümdə İtaliya A Seriyasında “Yuventus”un heyətində iştirak etdiyi 30 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.xeber100.com