UEFA Super Kubokunda hakim təyinatları açıqlanıb

15 Sentyabr 2020 10:04

Xəbər 588 dəfə oxunub

UEFA Super Kubokunda “Bavariya” və “Sevilya” arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb.Azərtac UEFA-nın saytına istinadən xəbər verir ki, matçın baş hakimi İngiltərə Futbol Federasiyasından Entoni Teylor olacaq. Ona həmyerliləri Qeri Bisuik və Adam Nann köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Orel Qrinfild yerinə yetirəcək.Qeyd edək ki, UEFA Super Kuboku sentyabrın 24-də Budapeştdə keçiriləcək.xeber100.com