Milli Basketbol Assosiasiyasının məlumaatı əsasında…

17 Sentyabr 2020 15:38

Xəbər 498 dəfə oxunub

Milli Basketbol Assosiasiyasının (MBA) müntəzəm çempionatının nəticələrinə əsasən mövsümün debütant oyunçularının rəmzi heyəti açıqlanıb.Azərtac xəbər verir ki, mövsümün ən dəyərli gənc basketbolçusu adını alan “Memfis”in oyun qurucusu Ca Morantla yanaşı, siyahıda onun komanda yoldaşı Brendon Klark, “Mayami”dən Kendrik Nann, “Nyu Orlean”dan Zayon Uilyams və “Qolden Steyt”dən Erik Paskall da yer alıblar.İkinci rəmzi beşlikdə isə “Mayami”də Tayler Hirro, “Toronto”dan Terrens Devis, “Çikaqo”dan Kobi Uayt, “Şarlott”dan Pi Cey Vaşinqton və “Vaşinqton”dan Ryu Xaçimura qərarlaşıblar.xeber100.com