Formula 1 Türkiyə Qran-Prisinə 6 saat ərzində 40 min bilet satılıb.Azərtac xəbər verir ki, biletlərin sürətlə satılmasına səbəb onların ucuz olması göstərilir. Belə ki, bu biletlərin hər birinin qiyməti cəmi 30 türk lirəsi təşkil edir.Türkiyə Qran-Prisinin təşkilatçıları yarış üçün, ümumilikdə 100 min bilet satmağı planlaşdırırlar. Bununla belə, epidemioloji vəziyyət pisləşərsə, yarışın boş tribunalarla keçiriləcəyi variantına baxılacaq.Yarışın təşkilatçısı “İntercity” şirkətinin rəhbəri Vural Ak qeyd edib ki, avtodromun tutumu 220 min yerlik olsa da, COVID-19 şəraitində təhlükəsizlik səbəbindən yalnız 100 min bilet satılacaq. O, eyni zamanda, virusun yayılması ilə bağlı vəziyyətin daha da pisləşəcəyi təqdirdə, yarışın tamaşaçısız keçiriləcəyini vurğulayıb.İstanbul trasında keçiriləcək Türkiyə Qran-Prisi noyabrın 15-də baş tutacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…