“Neftçi” klubu UEFA Avropa Liqasında mübarizəni dayandırıb

18 Sentyabr 2020 11:45

Xəbər 402 dəfə oxunub

Bakının “Neftçi” klubu UEFA Avropa Liqasında mübarizəni dayandırıb.Azərtac xəbər verir ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda turnirin II təsnifat mərhələsi çərçivəsində paytaxt təmsilçisi Türkiyənin “Qalatasaray” komandasını qəbul edib. Bu, Bakı təmsilçisinin avrokuboklarda 66-cı oyunu olub.Bakı Olimpiya Stadionunun tribunalarında hər iki ölkənin və klubların bayraqları yerləşdirilib. Tribunada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, həmçinin hər iki ölkənin hazırkı prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sitatlarının yazıldığı pankartlar yer alıb.Matçda “Neftçi”nin start heyətində Aqil Məmmədov, Ömər Buludov, Mamadu Mbodj, Voislav Stankoviç, Anton Krivotsyuk, Emin Mahmudov, Mamadu Kane, Saman Nərimancahan, Namik Ələskərov, Yusuf Laval və Prins İbara yer alıblar.İstanbul təmsilçisinin ilk on birliyində isə meydana Fatih Öztürk, Martin Linnes, Markao, Kristian Luyindama, Marselo Saraççi, Taylan Antalyalı, Emre Kılınc, Rayan Babel, Yunes Belhanda, Ömer Bayram və Mbaye Diaqne çıxıblar.Şotlandiyalı hakimlər briqadasının idarə etdiyi oyuna daha fəal başlayan rəqib komanda istəyinə matçın 19-cu dəqiqəsində çatıb. Belə ki, Mbaye Diaqne “Qalatasaray”ı hesabda önə çıxarıb. Komandaların cəhdlərinə baxmayaraq ilk hissə İstanbul təmsilçisinin minimal üstünlüyü ilə yekunlaşıb – 0:1.Matçın 46-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Mamadu Mbodj hesabı bərabərləşdirib. Bu, “Neftçi”nin avrokuboklarda yubiley – 75-ci qolu olub. Ancaq Bakı təmsilçisinin sevinci çox çəkməyib. İki dəqiqə sonra “Qalatasaray”ın konqolu müdafiəçisi Kristian Luyindama komandasının ikinci topunu “Neftçi”nin qapısından keçirib. “Qalatasaray” və Seneqal millisinin hücumçusu M.Diaqne görüşün 63-cü dəqiqəsində dubl edib. “Neftçi”nin qapıçısı Aqil Məmmədovun səhvindən istifadə edən M.Diaqne komanda yoldaşı Emre Kılıncın ötürməsini qolla tamamlayıb və bu, qarşılaşmada vurulan sonuncu qol olub.Beləliklə, “Neftçi” komandası “Qalatasaray”a 1:3 hesabı ilə məğlub olaraq UEFA Avropa Liqasında mübarizəni dayandırıb.Koronavirus pandemiyası ilə əlaqədar UEFA-nın qərarı ilə digər oyunlar kimi, bu qarşılaşma da azarkeşsiz keçirilib.xeber100.com

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02