İtaliya A Seriyasının birinci turunun növbəti oyunu keçirilib

21 Sentyabr 2020 11:51

Xəbər 531 dəfə oxunub

Sentyabrın 20-də futbol üzrə İtaliya A Seriyasının birinci turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, son çempion “Yuventus” öz meydanında “Sampdoriya” klubunu qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:0.Hesabı 13-cü dəqiqədə Deyan Kuluşevski açıb. 79-cu dəqiqədə Leonardo Bonuççi fərqi artırıb. 88-ci dəqiqədə isə Kriştianu Ronaldo oyunda son nöqtəni qoyub.Turun əvvəlki görüşləri belə nəticələnib:

“Fiorentina” – “Torino” – 1:0;

“Verona” – “Roma” – 0:0;

“Parma” – “Napoli” – 0:2;

“Cenoa” – “Krotone” – 4:1;

“Sassuolo” – “Kalyari” – 1:1.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Milan” – “Bolonya” matçı ilə yekun vurulacaq.xeber100.com