Sentyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, ikinci oyun gününün birinci qarşılaşmasında “Səbail” klubu “Sabah” komandasını qəbul edib.“ASCO Arena”da oynanılan görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.Oyunda hesabı qonaqlar açıb. Matçın 27-ci dəqiqəsində Ramil Şeydayev hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirib.Fasilədən sonra “Səbail” geri dönüş edərək ardıcıl iki dəfə fərqlənməyə nail olub. Qolları müvafiq olaraq Əfran İsmayılov (56) və Rauf Əliyev (71) vurublar.Hazırda “Sabah”ın 4 oyundan 9, “Sabah”ın isə 3 xalı var.İndiyədək yerli çempionatda 7 dəfə üz-üzə gəlmiş komandaların duelində qonaqlar 3, meydan sahibləri 2 qələbə qazanıblar. 2 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqi də “Sabah”ın xeyrinədir – 9:7. Visente Qomesin başçılıq etdiyi komanda son 4 oyunda rəqibinə uduzmayıb. “Səbail” isə son iki ev matçında qol vurmağı bacarıb.Günün digər oyununda “Keşlə” “ASK Arena”da “Zirə”ni qəbul edəcək. Hazırda Yunis Hüseynovun rəhbərlik etdiyi komanda 5 xalla 5-cidir. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv isə 4 xalla 6-cı yerdə gedir.Qeyd edək ki, tura sentyabrın 25-də start verilib. Son çempion “Qarabağ” səfərdə “Sumqayıt”a heç-heçə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…