Sentyabrın 26-da futbol üzrə Türkiyə çempionatının üçüncü turu çərçivəsində keçirilən qarşılaşmada “Trabzonspor” doğma meydana “Yeni Malatyaspor”la üz-üzə gəlib.Azərtac xəbər verir ki, matça fəal başlayan meydan sahibləri 24-cü dəqiqədə hesabı açmağa müvəffəq olublar. Benik Afobe çərçivəni dəqiq nişan alıb. Oyunun 33-cü dəqiqəsində B.Afobe komandasının və özünün ikinci qolunu vurub. Birinci hissənin son dəqiqələrində isə Trabzon təmsilçisinin hücumçusu Antoni Nvakame hesabı 3:0-a çatdırıb. Malatya təmsilçisi isə vurulan qollardan birinin əvəzini çıxıb. Adəm Böyük on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.Beləliklə, “Trabzonspor” doğma meydanda “Yeni Malatyaspor”u 3:1 hesabı ilə məğlub edib.Günün digər matçlarında isə “Ərzurumspor” səfərdə “Kayserispor”u 3:1 hesabı ilə üstələyib. “Hatyayspor” isə doğma divarlar arasında “Kasımpaşa”nı minimal hesabla udub. “Göztəpə”-“Qaziantep” görüşündə isə qalib müəyyənləşməyib – 2:2.
Turun digər oyunları aşağıdakılardır:
“Rizəspor”-“Alanyaspor”
“Konyaspor”-“Beşiktaş”
“Sivasspor”-“Ankaragücü”
Qalatasaray”-“Fənərbağça”
“Antalyaspor”-“Dənizspor”
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Üçüncü turda “Gənclərbirliyi” istirahət edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…