Yekaterinburqda keçiriləcək “Universiada-2023”ün obyektlərinin inşası və hazırlanmasına xərclənəcək vəsaitin miqdarı 38 milyard rubldan çox olacaq.Azərtac xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev məlumat verib.İnşaat işlərinin cədvələ uyğun aparıldığını və gecikmələrin olmadığını bildirən qubernator obyektlərin inşası və hazırlanması üçün ilkin vəsaitin ümumi məbləğinin 38 milyard rubldan bir az çox olacağını vurğulayıb.O, əlavə edib ki, 2020-ci ilin dekabrında voleybol akademiyası, 2021-ci ildə futbol və sambo mərkəzləri, 2022-2023-cü illərdə cüdo mərkəzi, Atletlər kəndi və digər obyektlər təhvil veriləcək.Universiadanın Yekaterinburqda keçirilməsi ilə bağlı qərar 2019-cu il iyulun 2-də Beynəlxalq Universitet İdmanı Federasiyasının (FISU) İcraiyyə Komitəsi tərəfindən verilib.Qeyd edək ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…